Əfsanəvi futbolçu və dünya çempionu bu həftə Bakıya gəlir - “Qarabağ” rəsmən açıqladı

Karyerasını başa vurmuş dünya futbolunun ulduzlarından Məsut Özil Bakıya gəlir.

Presssport.az xəbər verir ki, səfərin təşkilatçısı “Qarabağ” Futbol Klubudur.

Klubun bununla bağlı yaydığı açıqlamada bildirilir:

“Dəyərli azarkeşlərimiz!

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış Mesut Özil qonağımız olacaq! 

Komandamızın açıq məşqinin ardından dünya futbolunun sevilən ulduzu gənc futbolçularımızla əyləncəli oyunda üz-üzə gələcək! Bu maraqlı şounu qaçırmayın! 

Sürprizlərlə və hədiyyələrlə zəngin futbol axşamı sizi gözləyir! 

Tədbir oktyabrın 11-i, saat 16:30-da “Azersun Arena”da başlayacaq. 

Giriş sərbəstdi".

“Qarabağ” bütün futbolsevərləri stadionununa dəvət edib.

Xatırladaq ki, milliyyətcə türk, Almaniya doğumlu olan 35 yaşlı Özil karyerasında əsas uğurları “Real” və “Arsenal”da qazanıb, Bundestimin heyətində isə dünya çempionu olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC