Güləş üzrə milli komandalarımız Bakıda təlim-məşq toplanışı keçir

Güləş üzrə milli komandalarımız Bakıda təlim-məşq toplanışı keçir.

Presssport.az xəbər verir ki, qadınlardan ibarət yığma sentyabrın 30-dan hazırlıq prosesinə start verib. Toplanış oktyabrın 21-dək davam edəcək. Yunan-Roma güləşi üzrə milli oktyabrın 7-də bir araya gəlib. Bu komandanın toplanışı 20 gün davam edəcək. 

Sərbəst güləşçilər isə sabahdan hazırlıq prosesinə başlayacaq.

Böyüklərdən ibarət komandalar məşqlərini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Taktiki-texniki çalışmalara üstünlük verilən toplanış U-23 dünya çempionatına (21-27 oktyabr) və böyüklərin dünya çempionatına (28-31 oktyabr) hazırlıq xarakteri daşıyır.

Onu da bildirək ki, hər iki yarış Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC