Millimizə penaltidən qol vuran futbolçu: "Yalan danışmayacam, qəribə hisslər keçirirdim"

Slovakiya millisinin futbolçusu Ondrey Duda UEFA Millətlər Liqasının C1 qrupunun II turunda Koşitsedə Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu (2:0) xatırlayıb. 

Presssport.az xəbər verir ki, federasiyanın rəsmi saytına açıqlama verən təcrübəli yarımmüdafiəçi millimizlə görüşdə penaltidən fərqlənməsini də xatırlayıb:

“Yalan danışmayacam, qəribə hisslər keçirirdim. Adınızı elan edilir və bu, fantastikdi. Azarkeşlərə oyun boyu bizi dəstəklədikləri üçün təşəkkür edirəm”.

Onu da bildirək ki, Duda millimizlə görüşdə qol vuraraq millisinin bombardirləri siyahısında ilk “5-liy”ə yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC