Çexlər yenə minifutbol millimizi üstələdi - bu dəfə finala buraxmadı

Bu gün minifutbol üzrə Azərbaycanın U-23 yığması dünya çempionatında növbəti oyununa çıxıb.

Presssport.az. xəbər verir ki, Rəcəb Fərəczadənin komandası Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnirin yarımfinalında Çexiya yığması ilə üz-üzə gəlib. 

Bakı vaxtı ilə saat 11:30-da başlayan qarşılaşma çexlərin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Millimiz bürünc medal uğrunda görüşdə Slovakiya - Serbiya cütünün məğlubu ilə qarşılaşacaq. 

Xatırladaq ki, millimiz qrupda Çexiyaya 0:2 hesabı ilə uduzub, İngiltərəyə 3:0 hesabı ilə qalib gəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC