"Onda Azərbaycana qarşı o qədər də yaxşı çıxış etməmişdik, bunu dəyişib bu dəfə 3 xal əldə etməliyik"

"Sabahkı görüşdə qələbə qazanmaq istəyirik. Azarkeşlərimiz də bu oyunda qalibiyyətə ümid edir. Qələbə İsveçlə növbəti görüşdə bizə yaxşı motivasiya verər".

Presssport.az xəbər verir ki, bunu Estoniya millisinin futbolçusu Mattias Kayt Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun matçından əvvəl mətbuat konfransında deyib.

Buxarest “Rapid”inin yarımmüdafiəçisi ötən il doğma meydanda millimizə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanı xatırlayıb: "Həmin vaxt o qədər də yaxşı çıxış etməmişdik. Bunu dəyişib bu dəfə 3 xal əldə etməliyik".

Xatırladaq ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC