ABF-in son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbiri baş tutub

Bu gün "Four Seasons" otelində Azərbaycan Basketbol Federasiyasının (ABF) 2024-2025-ci illər mövsümünün başlanması və son basketbol mövsümünün hesabatı ilə bağlı tədbir baş tutub.

Presssport.az xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini xanım Mariana Vasileva, Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev, vitse-prezident Fərrux Mahmudov, idarə heyətinin üzvləri, federasiyanın əməkdaşları, klub rəhbərləri, nümayəndələri, məşqçilər,basketbolçular və media nümayəndələri iştirak edib.

Tədbiri giriş nitqi ilə FİBA dərəcəli hakim Urfan Bayramlı açıb. O, federasiyanın son mövsümdə gördüyü işlərdən, beynəlxalq arenada qazanılmış uğurlardan və yeni mövsümdə baş tutacaq yeniliklərdən bəhs edib. 

Daha sonra tədbirdə çıxış edən Qayıbov son illər Azərbaycanda basketbolunun inkişaf dinamikasını xüsusi qeyd edib. 

Əmrullayev də uğurlu fəaliyyət prinsiplərindən və hədəflərdən söz açıb. Sonda jurnalistlər üçün brifinq təşkil olunub. 

Xatırladaq ki, ölkəmizdə yeni basketbol mövsümü 18 oktyabr tarixində start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC