Emin Əmrullayev onlara baş məşqçi postuna namizədlərin təklif olunduğunu açıqlayıb: "Neftçi" 1-ci yerdə deyilsə, bu, artıq uğursuzluqdu"

“Nəticə göz qabağındadı və azarkeşləri başa düşmək olar. Klub rəhbərliyi əlindən gələni edir. Bunu hamı görür. Son məşqçi ilə alınmadı. Amma Roman Qriqorçuk kifayət qədər peşəkar məşqçidi. Onu böyük ümidlərlə komandaya cəlb etmişdik". 

Presssport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev komandanın hazırkı durumu barədə danışarkən deyib.

O, yeni baş məşqçi axtarışlarının davam etdiyini və təhlil apardıqlarını vurğulayıb: "Nəyisə deməyim düz olmaz. İdman bölməsi tərəfindən rəhbərliyə namizədlər təklif olunub. Yaxın gələcəkdə yeni baş məşqçinin adını siz də biləcəksiniz. Yeni baş məşqçi yerli olmalıdır, yoxsa əcnəbi? Məsələyə belə baxmıram. Bu, şəxsi qərar deyil. Ad çəkməyim düz olmaz”.

Əmrullayev istefaya göndərikləri Roman Qriqorçukun uğursuz fəaliyyətinin futbolda belə halların olmasıyla əlaqələndirib: "Yeni mövsümə ümidlə başladıq. Futbol ictimaiyyəti də Roman Qriqorçukun təyinatını səhv qərar kimi görmədi. Təəssüf ki, belə alındı. “Neftçi” rəhbərliyi nəsə etməli olduğuna görə baş məşqçi dəyişikliyinə getmək məcburiyyətində qaldıq. Qriqorçukla peşəkar formada yollar ayrıldı. İstəməzdik ki, belə olsun. Ən düzgün qərarı verməyə çalışırıq. Baza və digər istiqamətlərdə işlər gedir. İnanıram ki, bu qədər işin nəticəsini görəcəyik”.

Müşahidə Şurasının üzvü “Neftçi”nin cari mövsümdə avrokuboklara vəsiqə qazanacağına inanır: “Əlbəttə ki, buna şans var. “Neftçi”yə qələbə yaraşır. Bu klub 1-ci yerdə deyilsə, bu, artıq uğursuzluqdu. Məqsədimiz “Neftçi”ni Azərbaycanın 1-ci klubu etməkdir. Bəzən nəsə alınır, bəzən nəsə alınmır. İndi komandanın dəstəyə ehtiyacı var”.

Əmrullar azarkeşləri başa düşdüyünü diqqətə çatdırıbv: “Biz də onlar qədər məyusuq. Hazırkı vəziyyətdən heç kim məmnun deyil. Klubda hamı məsuliyyətini başa düşür. Əlimizdən gələni edirik ki, yeni baş məşqçi ilə bağlı doğru qərar verək”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC