Azərbaycanı Çexiyadakı turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib

Azərbaycanı Çexiyanın Yablones nad Nisou şəhərində keçiriləcək batut gimnastikası üzrə 51-ci Beynəlxalq Dostluq yarışında təmsil edəcək idmançılar müəyyənləşib.

Presssport.az xəbər verir ki, turnirdə məşqçilər Abdulla Qasımov və Vladimir Şulikinin rəhbərliyi altında fərdi yarışlarda Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşaliyev, Fərhad Mustafayev, Ömər Qasımlı, Ayan Şabanova və Samirə Hüseynova iştirak edəcək.

Sinxron yarışlarda isə Hüseyn Abbasov - Nicat Mirzəyev, Əli Niftəliyev - Ammar Baxşaliyev, Fərhad Mustafayev - Ömər Qasımlı həmçinin Ayan Şabanova - Samirə Hüseynova cütlükləri mübarizə aparacaq.

Onu da bildirək ki, Azərbaycanı hakim qismində Rövşən Qurbanov təmsil edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC