Cüdo Federasiyasından Beynəlxalq Qızlar Günüylə bağlı paylaşım

Bu gün - 11 Oktyabr Beynəlxalq Qızlar Günü kimi qeyd olunur!

Pressssport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası bununla bağlı “Facebook”dakı rəsmi səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Bütün qızlar bərabər şəkildə təhsil almağa, hörmətə və öz arzularını həyata keçirmək üçün bütün imkanlara sahib olmalıdır.

“Qızlara ağ yaraşır” kampaniyasına bir daha nəzər salaraq vurğuluya bilərik ki, biz qızların idmanda və həyatda uğur qazanması üçün imkanlar yaratmağa hər zaman hazırıq.

Cüdo qızlara özünəinam, özünü müdafiə və hər çətinliyə cəsarətlə yanaşmaq qabiliyyəti qazandırır. Biz gələcəyin güclü qadınlarına bu dəyərləri aşıladığımız üçün fəxr edirik!

Gəlin qızlarımızı bu gün və hər gün dəstəkləməyə davam edək!".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC