"Namizədlərimiz var, bu yöndə..." - Rüstəm Əfsərli

“Hələlik komandanı növbəti oyuna Sənan Qurbanov hazırlayır. Artıq 3 gündür ki, futbolçular məşqləri bərpa edib”.

Pressssport.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.

O, yeni baş məşqçi axtarışlarının davam etdiyini söyləyib: "Əlbəttə ki, bu gün konkret adlar çəkə bilməyəcəm, amma axtarışlarımızın getdiyini söyləməliyəm. Namizədlərimiz var. Bu yöndə müzakirələr aparılmaqdadır. Bir yenilik olan kimi klub bu barədə ictimaiyyətə məlumat verəcəyik".

Xatırladaq ki, Misli Premyer Liqasında yeni mövsümdə qələbəsiz tək komanda olan “Neftçi” bu yay gətirərək 2 illik müqavilə imzaladığı ukraynalı baş məşqçi Roman Qrioqrçuku oktyabrın 7-də istefaya göndərib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC