"Kəpəz"in veteran futbolçusu əməliyyat olunub: "2000-2500 manata başa gəlirdi, sağ olsun, təmənnasız elədi"

“Kəpəz”in sabiq oyunçusu Firuz Qulami əməliyyat olunub.

Bu haqda Presssport.az-a veteran futbolçunun özü məlumat verib.

Gəncəli keçmiş yarımmüdafiəçi bunun üçün paytaxta gələrək burnundakı problemi aradan qaldırdığını söyləyib: “Məni hələ futbol oynadığım vaxtından narahat edirdi. 2000-ci illərin əvvələrində Bakıdakı oyunlarımızın birində rəqiblə toqquşma zamanı burnumdan ciddi xəsarət almışdım. Oyundan sonra axşam məni xəstəxanaya apardılar, əməliyyat yaxşı olmamışdı. Neçə vaxtdı mənə əziyyət verirdi. Bir müddət əvvəl həkimə müayinəyə getmişdim. Demişdim ki, çəpər əyriliyi artıq bitişib, dərhal əməliyyat olunmalısan. Nəfəs ala, gecələr yata bilmirdim. Sağ olsun adaşım Firuz həkim, məni təmənnasız əməliyyat elədi. Əməliyyat 2 saat oldu, xeyli əziyyət çəkdi. Çəpər əyriliyini düzəldib, yeni qığırdağ qoyub, yekunda estetik əməliyyat edib. İndi şükür Allaha yaxşılaşıram, artıq rahat nəfəs alaraq yaxşılaşıram. Fürsətdən istifadə edərək saytınız vasitəsilə Firuz İbrahimova dərin minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, kapitan rütbəsi olan doktor 44 günlük II Qarabağ Müharibəsində iştirak edərək, bir həkim kimi iş başında olub. Çoxdandı dostluğumuz var və ona, rəhbərlik etdiyi "Elmed" Klinikasına böyük təşəkkürüm düşür. İşsiz, veteran futbolçu olduğumu nəzərə alaraq məni neçə dəfə təmənnasız olacaq əməliyyata dəvət etmişdi. Sizə onu da deyim ki, 2000-2500 manatlıq əməliyyat idi".

Xatırladaq ki, karyerasının çox hisssəni keçirdiyi "Kəpəz"in heyətində Azərbaycan Kubokunun qalibi olan 52 yaşlı Qulami Gəncə İctimai Futbol Veteranlarlı Birliyinin sədr müavinidi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC