Millidə debüt Aydın Bayramovun ən böyük arzusudu: "Tovuzda tribunadan mənə qarşı pis nalayiq bir sözlər gəlsin, mənə qarşı bir aqressiya olsun - heç bir şey olmadı"

Misli Premyer Liqasın ilk dövrənin son turunda ən maraqlı keçən matçlardan biri Tovuzda oldu. Söhbət “Turan Tovuz” - "Zirə" görüşündən gedir ki, qonaqların qapıçısı Aydın Bayramov keçmiş komandasına qarşı yaxşı oyunla diqqqət mərkəzində idi. Millimizə də çağırılan 28 yaşlı qolkiper Pressssport.az-ın əməkdaşının suallarını cavablandırıb. 

  • - Səncə, bu gün heç olmasa 1 xal üçün nə çatmadı? Çünki ilk hissədəki çoxsaylı qol imkanlarınızı nəzərə alsaq, Tovuzdan 3 xalla qayıtmalı idiniz…
  • - Məncə, elə bu şanslardan yararlanmağımız çatmadı. Çünki çox epizodumuz oldu ki, bəxtimiz gətirmədi və qol vura bilmədik. Bu da yekunda oyunun nəticəsinə təsir göstərdi. 

Birinci hissəni yaxşı keçirərək, dediyim kimi, çoxlu qol epizodu yaratdıq. Onlardan istifadə edə bilməməyimiz həlledici rol oynadı. İkinci hissə "Turan Tovuz" bir az təzyiqi artırdı və oyun üstünlüyü altında keçdi. Sonda da əlinə düşən imkandan istifadə etdi.

- İkinci hissədə heç özünüzə bənzəmədiniz. Oyununuzda həmin dinamika, temp yox idi. Səncə, səbəb nə idi?

  • - Həm yorğunluq ola bilərdi, həm də meydança amili. Hər halda, təbii otda oynayırıq, burda isə sintetik qazon idi. Çox şey səbəb ola bilər. 
  • - Bu gün meydanda ən yaxşılardan bir olduğunu düşünürsən?
  • - Xeyr, hamı yaxşı mübarizə aparırdı. Bilirdik ki, ağır olacaq. Həqiqətən də çətin matç idi. Tovuz səfəri bütün komandalar üçün çətindi. Məncə, 1 xala layiq idik.
  • - Buraxdığınız qolu necə şərh edərdin? Səncə, orda hər hansı bir qayda pozuntusu vardı?
  • - Bilmirəm, epizoda videotəkrara baxdıqdan sonra nəsə demək olar. Belə tam gözünün qabağında deyildi. 
  • - Məlumdu ki, “Turan Tovuz”a, yəni keçmiş komandana qarşı oynayırdın. Bir idman prinsipiallığı vardımı?
  • - Xeyr. Normal bir şeydi ki, keçən mövsüm Tovuz klubunda çıxış etmişəm, indisə “Zirə”nin uğurları üçün can qoyuram. Futbola belə şeylər olandı və buna görə qeyri-adiliyi, xüsusiliyi də yox idi, təzyiq də. 

- Tovuz publikası qarşısına rəqib futbolçu kimi çıxanda çoxmu çətin, gərginlik olur?

  • - Yox, əksinə, belə publikalar qarşısında oynayanda. adam daha da motivasiyalı olur. Qeyri-adi bir şey də yox idi. Normaldı ki, azarkeşlər stadionda belə ajiotaj yaratsın.
  • - Üstəlik, burdan normal ayrılmısan ki, arada ədavət də yox idi…
  • - Bəli, bir problem yox idi. Tribunadan mənə qarşı pis nalayiq bir sözlər gəlsin, mənə qarşı bir aqressiya olsun - heç bir şey olmadı. Sağ olsunlar. Mən də provakasiyaya yönümlü bir şey etmədim. Xoş oldu, maraqlı oyun keçdi.
  • - Tovuz şəhər stadionunda uğursuz oyunların da olub. Elə hazırkı komanda yoldaşın Davit Volkovun "Sabah"ın heyətində “Turan Tovuz”la səfər matçında het-trik etdiyi yadımdadı ki, səhvlərin olmuşdu. Matçdan qabaq bir narahatlığın yox idi ki, birdən yenə uğursuzluğa düçar olaram?
  • - Yox-yox. Bu, futboldu, hər şey ola bilər. Bu stadionda bəlkə də 30-dan çox oyun keçirmişəm. Ümumulikdə 100-dən çox oyunum var. Hər stadionda demək olar uğurlu oyun da olur, uğursuz da. Buna görə normal yanaşıram.
  • - “Zirə”də özünü necə hiss edirsən?
  • - Yaxşı, şükür Allaha, çox yaxşıdı.
  • - Baş məşqçiniz Rəşad Sadıqov mətbuat konfransında dedi ki, Tyaqo Silvanı hazırda rəqabətdə üstələyirsən. Bu yay avrokuboklarda möhtəşəm çıxış etmiş braziliyalı həmkarınla rəqabətdə uduzacağına görə bir ruh düşkünlüyü yox idi?
  • - Xeyr. İşimi görürdüm, belə deyək, vaxtımı gözləyirdim. Bu rəqabət deyilən bir şeydi. Bu gün mən oynayaram, sabah Tyaqo. Əsas odur ki, "Zirə" uğurlu çıxş eləsin.
  • - Tyaqo güclü qapıçıdımı, ondan çoxmu şey öyrənirsən?
  • - Bəli, güclü, yaxşı qapıçıdı. Belə deyək, ondan nəsə öyrənə bilərəm, o da məndən nəsə. Bu, normal bir şeydi. Ümumiyyətlə, komandamızda xoş ab-hava, Tyaqo ilə də yaxşı münasibətimiz var. Futbolda da yaxşı rəqabət vacibdi, çünki inkişafa gətirib çıxarır. Bu cür rəqabətin olması hər ikimiz üçün müsbət məqamdı. Kimin oynayacağına isə artıq məşqçilər korpusu qərar verir. Əsas odur ki, bunlar "Zirə"nin xeyrinə işləsin. Hər ikimiz komanda üçün çalışırıq.

- İlk dövrədəki nəticənizi nə dərəcədə qanətbəxş saymaq olar?

  • - Normal, məncə, yaxşıdı. 
  • - Milliyə dəvət almağın sənin üçün xoş sürpriz oldu? Kim zəng edib bunu sənə xəbər verdi?
  • - Açıqlanan siyahıdan məlumat aldım. Heç bilməmişdim, o vaxt yatmışdıq. Elə oyanıb gördüm ki, siyahı çıxıb, adım var. Milinin inzibatçıları da yazmışdı, artıq xəbərim vardı.
  • - Milliyə indiyədək bir neçə dəfə çağırılsan da, hələ də debüt etməmisən…
  • - Bəli, çox çağırılmışam. Bu, Canni de Byazinin vaxtında olub. Amma son 2 ildə - "Turan Tovuz"da oynayanda heç vaxt çağırılmadım. Amma “Sumqayıt”da olanda çox olub milliyə dəvət almağım. Sadəcə, heç cür şans qazanmamışam..
  • - Səncə, bu dəfə şans qazana biləcəksən nəhayət?
  • - Bilirsiniz, arzumdu, ən böyük arzumdu bu. 
  • - Həmkarların Mehdi Cənnətovla Rza Cəfərovu necə dəyərləndirərdin?
  • - Yaxşı qapıçılardı, yaxşı çıxş edirlər. Yaxşı tanıdıqlarım, milliyə layiq olan həmkarlarımdı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC