Məsut Özilin Bakıya səfərinin səbəbi açıqlanıb

Almaniya millisinin sabiq futbolçusu Məsut Özilin Bakıya səfərinin səbəbi müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan professor İrfan Gündüz mətbuat konfransında bildirib.

O, Türkiyədə Məsut Özil Futbol Akademiyasını qurmaq istədiklərini və bununla bağlı Bakıda görüşlər keçirdiklərini söyləyib:

"Azərbaycanlı azyaşlı uşaqların da bu akademiyaya cəlb olunmasını istəyirik".

Xatırladaq ki, Özil karyerası ərzində Almaniyada "Şalke", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbaxça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə millisi ilə dünya çempionu olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC