"Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçular yetişdirməkdi" - Məsut Özil

Bakıda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Mesut Özil media nümayəndələri ilə görüşüb.

Presssport.az xəbər verir ki, 35 yaşlı keçmiş yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb:

- Hələ futbolçu dövrümdən çox danışmağı sevmirəm. Çox şadam ki, burdayam. Türkiyədə "Məsut Özil İdman Akademiyası" açacağıq. Azərbaycanda da həmçinin. Bununla bağlı görüşlər olacaq. Müsbət olacağını düşünürük. Burda azarkeşlər məni sevindiridi. Dəstəyə görə təşəkkür edieəm. Çox qürurlandım.

- Azərbaycanda klub almaq istəyirsiniz? 

- Belə fikrim yoxdur. Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yetişdirmək, onların Arda Gülər kimi Avropada böyük klublarda oynamalarıdır. Hər şeyi Allah bilər. 

- “Arsenal”ın heyətində “Qarabağ”a qarşı oynamısınız. Həmin matçı necə xatırlayırsınız:

- Yadımdadı, tam xatırlamıram. Atmosfer də əla idi. Əvvəl də Bakıya gəlmişəm. Hər zaman burda məni çox yaxşı qarşılayıblar. Bu gün də qürur duydum, dəstəklədilər. 

- Əvvəllər də ulduz futbolçular Bakıda akademiya açmışdı, amma daha sonra bağlandı. Eyni aqibətin olmaması üçün nə edəcəksiniz? 

- Önəmli olan isimlər yox, niyyətdi. Bu yola girərkən maliyyəni düşünmürəm. Karyeram, uğurum var. Statistika hər şeyi göstərir. Yeni nəsilə kömək olmaq istəyirəm. Onlar maliyyə üçün edirlər deyə, 2-3 ilə bağlanır. Gözəl əxlaqlı futbolçular yetişdirmək istəyirik. 

- Azərbaycanda tək "Qarabağ"la işləyəcəksiz?

- Yox. Bu, müstəqil layihədir. İstanbulda, daha sonra Azərbaycanda olacaq. Tək Bakıda yox, Azərbaycanda. 

- "Qarabağ" azarkeşlərinin sizə sevgisi var? "Qarabağ"ı izləyirsiz? 

- Əlbəttə ki  izləyirəm. Dediyim kimi, "Qarabağ"a qarşı da oynamışam. Onlara qalib gəldik, edəcək bir şey yoxdu(gülür). 

- Azarkeşlər istəyir ki, "Qarabağ" sizi transfer etsin... 

- Futbolu artıq buraxmışam.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC