Millimiz Estoniyaya da uduzdu

UEFA Millətlər Liqasında III turun oyunları keçirilir.

Presssport.az xəbər verir ki, Azərbaycan millisi də bu gün növbəti matçına çıxıb.

Belə ki, Fernandu Santuşun komandası səfərdə Estoniya ilə qarşılaşıb. 

Görüş millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Bununla da sözügedən turnirdə ardıcıl 3-cü məğlubiyyətini alan yığmamız hələ də xal qazana bilməyib.

UEFA Millətlər Liqası
III tur

C Liqası 

I Qrup

11 oktyabr (cümə)

20:00. Estoniya - Azərbaycan - 3:1

Qollar: Y.Yakovlev, 32, V.Sinyavskiy, 45+2, R.Şeyn, 71 - T.Bayramov, 45+1-pen

Baş hakim: Rob Harvey

Baş hakimin köməkçiləri: Robert Clarke, Wayne McDonnell

Dördüncü hakim: Rob Hennessy

(Hakimlər briqadası İrlandiyadandır)

VAR hakimləri: Michael Salisbury, Nick Hopton (hər ikisi İngiltərə)

Tallin. Lilleküla stadionu
Estoniya: 12. Karl Heyn, 3. Mikael Şonninq-Larsen, 4. Mattias Kayt, 5. Rokko Şeyn, 8. Henri Anyer, 11. Mihkel Ansalu, 13. Maksim Paskotşi, 15. Yoan Yakovlev, 16. Yoonas Tam, 18. Karol Mets (k), 23. Vlasi Sinyavskiy

Ehtiyat oyunçuları 1. Matvey İqonen, 2. Merten Kusk, 6. Rasmus Pitson, 7. Robi Saarma, 9. Erik Zorqa, 10. Sergey Zenjov, 14. Patrik Kristal, 17. Martin Miller, 19. Maykl Lilander, 20. Markus Pum, 21. Martin Vetkal, 22. Karl Andre Volner

Baş məşqçi: Yurgen Henn

Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 22. Abbas Hüseynov (k).

Ehtiyat oyunçular: 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Can Kökçü, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 12. Aydın Bayramov, 14. Rüstəm Əhmədzadə, 16. Vadim Abdullayev, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nəcəfov, 21. Qismət Əliyev, 23. Rza Cəfərov

Baş məşqçi: Fernandu Santuş

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC