Santuş acınacaqlı məğlubiyyətin səbəblərini göstərdi: "Normal vəziyyətdə bu oyunun ilk yarısı 2:0 xeyrimizə olmalı idi"

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının III turu çərçivəsində səfərdə Estoniyadan acınacaqlı məğlubiyyət alıb - 1:3.

Presssport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşmanı dəyərləndirib.

- Oyuna yaxşı başladıq. 35-ci dəqiqəyə qədər kompakt oynadıq. Rəqibin şansları olmadı. Amma futbol belə oyundu. Rəqib ilk qolu vurandan sonra özümüzü toparlayıb hesabı bərabərləşdirdik. İlk yarıya əlavə olunmuş dəqiqələrdə 2-ci qolu buraxdıq. Rəqib də ağıllı komandadı. Əks-hücumda oynamağa başladılar. Şanslarımızı dəyərləndirə bilmədik. Topu qapıdan keçirə bilmirsənsə, rəqib bundan faydalanır.

- Yarımmüdafiənin mərkəzində iki futbolçu qalmışdı. Onlar sanki "çatdıra" bilmirdi. Məğlubiyyətdə seçdiyiniz taktiki sxemin rolu oldu?

- 3-4-3 sistemi ilə oynayırdıq. Mərkəzdə 4 futbolçu var idi. İlk 35 dəqiqədə bizim oyunçular rəqibə oynamağa imkan yaratmırdı. Onlar əks-hücumda qol vurdu. Bizim buna qədər 4 şansımız var idi, amma istifadə edə bilmədik. Fikrimcə, komanda birinci hissədə ən yaxşısını etdi. Taktiki sxemdə səhv olmayıb. 3 qol buraxdıq, amma o qədər də qol vurmaq şanslarımız oldu. Normal vəziyyətdə bu oyunun ilk yarısı 2:0 xeyrimizə olmalı idi. 

- Əlinizdə olan futbolçuların səviyyəsinin yetərli olduğunu düşünürsünüz?

  • - Başa düşürəm, amma oyunçuların çox yaxşı şansları oldu. Bu, futboldur, belə şeylər olur. İsveçlə oyunda da çoxlu şanslardan yararlana bilmədik. Bizim problem müdafiədədi - 3 oyunda 8 qol buraxmışıq. Vacib olan odur ki, işimizi davam etdirməliyik. 1-2 həftə ərzində problemləri həll etmək mümkün deyil. Nəsə əldə etmək üçün vaxt lazımdı.

- Hücum futbolu oynadırsınız. Cəsarətlidir, amma bunun arxasında güc yoxdur. Bu taktika ilə davam edəcəksiniz?

- Xeyr, taktikanı dəyişməyi düşünmürəm. Hücum futbolu oynamağa üstünlük verirəm. Bir yol seçmişik. Hər dəfə dəyişmək olmur. Əlimdə olan futbolçularla bu sxemlə davam edəcəyəm. Yarımmüdafiə xəttində 4 oyunçu olacaq.

- Elvin Cəfərquliyev bu gün mükəmməl oyun keçirdi. Onun gələcəkdə hansısa yaxşı kluba keçməsinə töhfə verə, hansısa tanışınıza məsləhət görə bilərsiz? 

- Elvin möhtəşəm hücum talantına malikdi. Amma müdafiə cəhətdən bir az çətinlikləri var. Öz üzərində işləməklə şansları ola bilər. Həm hücumda, həm müdafiədə eyni səviyyədə oynamaq çətindi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC