"Neftçi"lini "Qarabağ"lı əvəzlədi, Samsunda xalsız qaldılar

"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun formasını geydiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. 

Presssport.az xəbər verir ki, Robert Prosineçkinin komandası Samsunda Türkiyə millisinin qonağı olub. İrfan Kahveçinin 69-cu dəqiqədə vurduğu qol meydan sahiblərinə 1:0 hesablı qələbə qazandırıb. 

Monteneqro millisinin heyətində meydana start heyətində çıxan Edvin Kuç 61-ci dəqiqədə “Qarabağ”lı Marko Yankoviçlə əvəzlənib. 

Onu da bildirək ki, 3 turdan sonra Monteneqro millisinin xalı yoxdu. Türkiyə yığması isə 7 xalla qrup lideridi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC