"Barselona"nın stadionunun tikintisində işləyən fəhlələr arasında dava düşüb, xəsarət alanlar var

"Barselona” klubunun “Kamp Nou” stadionunun tikintisində işləyən fəhlələr arasında dava düşüb.

Presssport.az xəbər verir ki, hadisə işçi qrupları arasında baş verib. 

20 nəfərin qarışdığı davada 6 nəfər yüngül xəsarət alıb. İnsidentdə iştirak edən bütün işçilər tikintidən qovulub.

Maraqlıdı ki, bu ilin mayın 23-də də sözügedən stadionunda işçilər arasında dava düşüb, nəticədə 3 nəfər yaralanıb.

Onu da bildirək ki, La Liqada 2022/23 mövsümü başa çatdıqdan sonra “Kamp Nou” arenası təmirə bağlanıb. Yenidənqurma işlərinin 2026-cı ildə başa çatması gözlənilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC