Azərbaycan Kubokunda yeni mövsüm Şamaxıda start götürür

Bu gün Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək

Presssport.az xəbər verir ki, ilk olaraq I təsnifat mərhələsinin iki oyunu baş tutacaq.

II Liqa təmsilçilərindən “Şahdağ Qusar”la “Kür-Araz” üz-üzə gələcəklər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:00-da start götürəcək.

Günün digər qarşılaşmasında “Şəfa” – “Saatlı-Araz” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. "ASK Arena"dakı oyun saat 16:30-da başlayacaq.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

12 oktyabr

14:00. “Şahdağ Qusar” – “Kür-Araz”

Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev.

Hakim-inspektor: Ceyhun Haşımov.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

16:30. “Şəfa” – “Saatlı-Araz”

Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.

Hakim-inspektor: Gülağa Cabarov.

"ASK Arena".

Xatırladaq ki, I təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda gerçəkləşəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC