Azərbaycan - Slovakiya oyunundan əvvəl açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib

UEFA Millətlər Liqasının qrup mərhələsindəki Azərbaycan - Slovakiya oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

Pressssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 13-də ilk olaraq saat 16:15-də Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandıracaq.

Yığmamızın açıq məşqi saat 17:00-da olacaq.

Saat 18:45-də qonaq komandanın açıq məşqi, 19:30-da isə mətbuat konfransı gerçəkləşəcək.

Xatırladaq ki, oktyabrın 14-də Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC