Abdullah Avçı "Neftçi"dən vaxt istədi

Roman Qriqorçukla yollarını ayıran "Neftçi" baş məşqçi postuna axtarışları davam etdirir.

Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın gündəmində olan mütəxəssislərdən biri Abdullah Avcıdı. 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Bakı klubunun rəsmiləri İstanbula gedərək türkiyəli məşqçi ilə görüşüb və şərtləri irəli sürüb. 

Avcı ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır. Buna görə də 63 yaşlı mütəxəssis "Neftçi"dən vaxt istəyib.

Xatırladaq ki, Avcının son iş yeri "Trabzonspor" olub. O, Qara Daniz təmsilçisi ilə 2021/22 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC