Azərbaycan Kubokunda əzmkar start: 6 dəqiqəyə mərhələ adladılar

Bu gün Azərbaycan Kubokunda 2024/25 mövsümü start götürüb.

Presssport.az xəbər verir ki, I təsnifat mərhələsinin ilk gün üçün nəzərdə tutulan 2 matçından 1-i artıq başa çatıb. 

Belə ki, II Liqa təmsilçilərindən "Şahdağ Qusar" "Kür-Araz"la Şamaxıda qarşılaşıb. Qusar təmsilçisi 3:1 hesablı əzmkar qələbəyə sevinib. Maraqlıdı ki, şimal təmsilçisi qələbə toplarını cəmi 6 dəqiqəyə vurub.

Beləliklə, "Şahdağ Qusar" II təsnifat mərhələsinə yüksələrək "Araz-Naxçıvan"la qarşılaşacaq.

Günün digər oyununda isə digər II Liqa klubları "Şəfa" ilə "Saatlı-Araz"la görüşəcək. Bu cütün qalibi II təsnifat mərhələsində I Liqa təmsilçisi "Difai" ilə üz-üzə gələcək.

12 oktyabr

14:00. “Şahdağ Qusar” – “Kür-Araz” - 3:1

Qollar:  Famil Camalov, 73, 77, Emin Quliyev, 79 - Nodar Məmmədov, 8

Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev

Şamaxı OİK.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC