Dünya çempionatında yüksək nəticə göstərən idmançılar Azərbaycan AAF tərəfindən təltif edilib

Perunun Lima şəhərində keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatında yüksək nəticə göstərən idmançılar Azərbaycan Atıcılıq Federasiyası (AAF) tərəfindən təltif edilib. 

Presssport.az AAF-ın mətbuat xidmətinə xəbər verir ki, qurumun vitse-prezidentləri Zemfira Meftaxetdinova və Tofiq Bəylərov medal qazanan idmançıları, habelə onların inkişafında və hazırlığında böyük rol oynayan şəxsi məşqçilərini xüsusi mükafatlarla təltif edərək onların uğurlarını təqdir edibl.
Mükafatlandırma mərasimində idmançıların əldə etdiyi nailiyyətlərin ölkənin atıcılıq idmanının inkişafına verdiyi töhfələr vurğulanıb Meftaxetdinova və Bəylərov idmançıları təbrik edərək, onların böyük iradə və əzmkarlıq nümayiş etdirdiklərini, gələcəkdə daha böyük uğurlara imza atacaqlarına inandıqlarını bildirib. 
Zemfira xanım yekun çıxışında bu nailiyyətlərin Azərbaycan atıcılıq idmanının beynəlxalq arenada mövqeyini daha da gücləndirdiyini və idmançılarımızın bu sahədə daha böyük qələbələrə doğru irəliləməsinə şərait yaratdığını vurğulayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC