Krivotsyuk Talllindəki məğlubiyyətin konkret səbəbini göstərməyin çətin olduğunu sayır: "Günahı tək bir nəfərin üstünə yıxmaq olmaz"

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Estoniyaya 1:3-lük məğlubiyyətdən sonra Newsport.az-ın "Misli"nin dəstəyi ilə Tallinə ezam olunmuş əməkdaşına açıqlama verib.

Presssport.az xəbər verir ki, millimizin müdafiəçisi oyunla bağlı bunları deyib: "Ağır oyun oldu. İlk hissədə xeyli qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Əvəzində məyusedici bor qol buraxdıq və həmin qol komandanın əhvalını korladı. Buna baxmayaraq, əlimizi yanımıza sallamadıq, ilk hissənin sonunda hesabı bərabərləşdirdik. Təəssüf ki, dərhal kobud səhvə yol verdik və soyunub-geyinmə otağına gedərkən ikinci qolu buraxdıq. İkinci hissədə daha açıq futbol getdi, biz daha çox hücumda oynamağa başladıq. Bizim geniş oynamağımız isə rəqib üçün geniş, boş zonalar yaratdı. Onlar da bundan yaxşı istifadə etdilər. Bu oyundan nəticə çıxardıb növbəti oyuna qələbə üçün çıxmaq lazımdır. Məğlubiyyətin konkret səbəbini göstərmək çətindi, üstəlik, isti başla. Oturub detallı araşdırmaq lazımdı. Günahı tək bir nəfərin üstünə yıxmaq olmaz. Hücumda da qol vura bilmədik, müdafiədə də kobud səhvlərdən qollar buraxdıq. Növbəti rəqib Slovakiya çox güclü rəqibdi. Onlarla oyunda 100 faiz konsentrasiya ilə oynayıb maksimum gücümüzü ortaya qoymalıyıq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC