"Qarabağ"ın Portuqaliyaya səfər proqramı müəyyənləşib

Avropa Liqasının pley-off mərhələsində “Braqa”yla görüşəcək "Qarabağ"ın ilk matçını keçirəcəyi Portuqaliyaya səfər proqramı müəyyənləşib. 

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Presssport.az-a verdiyi məlumata görə, oyundan 2 gün qabaq - fevralın 13-də çarter reysilə səfərə çıxacaqlar. “Köhlən atlar” günortadan sonra, saat 17:00-da Portuqaliyaya üz tutaraq 5-6 saatlıq yol qət edəcək. 

“Braqa”nın təmsil etdiyi Braqada beynəlxaq hava limanı olmadığından, “Qarabağ”ı aparan təyyarə ən yaxın şəhər olan Portuya düşəcək və ağdamlılar ordan avtobusla yollanacaq.  

Təmsilçimiz Braqada “Vila Gale Collection Braga” otelində məskunlaşacaq. Qurban Qurbanovun komandası oyunöncəsi məşqini fevralın 14-də, görüşün keçiriləcəyi "Estádio Municipal de Braga" stadionunda edəcək. Bundan əvvəlsə Qurbanovun mətbuat konfransı olacaq ki, bunların vaxtları yaxın vaxtda açıqlanacaq. 

Xatırladaq ki, “Braqa” - “Qarabağ” görüşü fevralın 15-də Bakı vaxtilə 00:00-da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC