“Başımızla oynamalıyıq” - "Sumqayıt"ın baş məşqçisi

“İstənilən halda, məğlubiyyət qələbəyə doğru addımdı”.

Presssport.az xəbər verir ki, bunu “Sumqayıt” basketbol komandasının baş məşqçisi Aleksandr Mixaylov “Naxçıvan”a uduzduqları (74:90) hazırlıq oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Rusiyalıl mütəxəssis oyunçularında bir az həyəcanın olduğunu söyləyib: “Bu, yeni komanda kimi ilk matçımız idi. İlk periodda çox yaxşı oynadıq. Saadettin Donatın meydandan kənarlaşdırılması planlarımızı pozdu. Rəqibə xeyli “3-lük” atmaq imkanı yaratdıq. Bütün bunlar matçın nəticəsinə təsir göstərdi. Halbuki, qarşılaşmanın gedişində 10 xal fərqilə öndə idik. Amma hələ yolun başlanğıcındayıq. Bugünkü görüşdən nəticə çıxarmaq lazımdı. Əsas odur ki, fərdi oyuna meyillənməyək. Konsentrasiyamızı qorumalı, başımızla oynamalıyıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC