Azərbaycan Kubokunda I təsnifat mərhələsi davam edir - bu gün daha 4 oyun keçiriləcək

Azərbaycan Kubokunun I təsnifat mərhələsində bu gün daha 4 oyun keçiriləcək.

Presssport.az xəbər verir ki, Siyəzəndə şimal derbisi olacaq. Belə ki, II Liqanın debütantı Xaçmaz “Şimal”ı Qusarın eyniadlı təmsilçisini qonaq edəcək.

“Lerik” “Ağdaş”ı, “Sheki City” “Şəmkir”i qəbul edəcək. “Hypers Guba” isə səfərdə “Göygöl”ün qonağı olacaq.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

13 oktyabr

14:00. “Şimal” – “Qusar”

Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Emin Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Siyəzən şəhər stadionu
14:00. “Lerik” – “Ağdaş”

Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Sənan Bayramzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Lənkəran OİK stadionu

14:00. “Sheki City” – “Şəmkir”

Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Aydın Bəxşiyev, Niyaz Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şəki şəhər stadionu
15:00. “Göygöl” – “Hypers Guba”

Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Asif Abdullayev, Nazim Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elman Musayev
Göygöl OİK stadionu

Xatırladaq ki, I təsnifat mərhələsinin dünən keçirilən görüşlərində “Şahdağ Qusar” evdə “Kür-Araz”dan 3:1, “Şəfa” isə “Saatlı-Araz”dan 2:0 hesabı ilə üstün olaraq növbəti mərhələyə yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC