"Böyük Dəbilqə"də son gündə 4 cüdoçumuz mübarizə aparacaq

Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin 3-cü günündə 4 cüdoçumuz mübarizəyə başlayacaq.

Pressssport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtındakı turnirin sonuncu yarış günündə 2 çəki dərəcəsində 4 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Kişilər arasında -90 kq. çəkidə Murad Fətiyev və Musa Hüseynli, +100 kq. çəkidə İmran Yusifov və Uşanqi Kokauri tatamiyə çıxacaq.

Turnir Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC