Avropa Kuboku: "Azərreyl"in kişi və qadınlardan ibarət komandaları bu gün final matçını keçirəcək

Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda ölkəmizi təmsil edən “Azerreyl” klubunun həm qadınlardan, həm də kişilərdən ibarət komandaları bu gün final matçını keçirəcək.

Presssport.az xəbər verir ki, qadınlardan ibarət komanda Ukraynanın “Sunrise Beach Spors Academy" klubu ilə görüşəcək.

Bu oyunlar Bakı vaxtı ilə saat 16:15 və 17:00-da başlayacaq.

"Azərreyl"in kişilərdən ibarət komandası isə İspaniya təmsilçisi "CVP Poniente Benidorm Alicante" ilə görüşəcək. Bu qarşılaşmalara Bakı vaxtı ilə saat 16:30 və 19:15-də start veriləcək.

Onu da bildirək ki, "Azərreyl"in qadınlardan ibarət komandası yarımfinalda Macarıstan təmsilçisi "Edra Tata"nı məğlub edib. Kişilərdən ibarət komanda isə Fransa təmsilçisi "Montpellier Beach Volley"dən üstün olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC