Stolüstü tennisçilərimiz Dubayda “WTT Youth Contender” turnirində iştirak edəcək

Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq növbəti “WTT Youth Contender” turnirində iştirak edəcək.

Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, budəfəki yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Şəbnəm Mansurova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparacaq.

Sabah start veriləcək yarışa oktyabrın 17-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC