Millidə bu dəfə kapitan Bədavi Hüseynov olacaq:

Millimizin baş məşqçisi Fernandu Santuş kapitanlıq məsələsinə növbəti dəfə toxunub.

Presssport.az xəbər verir ki, Tallindəki oyunda mətbuat konfransında iştirak edən Abbas Hüseynov kapitan oldu. Bu dəfə jurnalistlər qarşısına "Qarabağ"ın digər cinah müdafiəçisi Elvin Cəfərquliyevin çıxdığını nəzərə alsaq, sabahkı matçda sarğı Elvin Cəfərquliyevin qolunda olacaq?: "Kapitanlıq elədir ki, hər dəfə dəyişmək istəməzdik. Liderlik keyfiyyətlərini nəzərə alsaq, sabahkı matçda Bədavini kapitan kimi düşünürük.

Bəs, Emin Mahmudovdan kapitanlıq sarğısı niyə alındı? Axı o Azərbaycan dilində danışa bilir. Portuqaliyalı çalışdırıcımızı dinləyək: “Kapitan həm komandanın daxilində, həm də meydançada özünü bariz şəkildə göstərməlidir. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdür. Fərdi olaraq Emini çox bəyənirəm. Həmçinin də futbolçu kimi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmirsə, digər kapitanı seçməliyik. İlk oyunda penalti ilə bağlı göstəriş vermişdim. Buna riayət olunmadı - bu qədər!”.

Xatırladaq ki, Bədavi Hüseynov da "Qarabağ"lıdı və millidə vitse-kapitan olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC