"Azərbaycan millisi çox yaxşı və təhlükəli komandadı" - Slovakiya yığmasının baş məşqçisi

“Azərbaycan milli komandası çox yaxşıdı”.

Presssport.az xəbər verir ki, bunu Slovakiya yığmasının baş məşqçisi Françesko Kalzona Millətlər Liqasında baş tutacaq Azərbaycanla matçdan öncə keçirilən mətbuat konfransında bildirib.

İtaliyalı mütəxəssis Azərbaycan millisinin təhlükəli olduğunu deyib: “Fiziki cəhətdən çox yaxşı oyunçulara sahibdi. Keçidlərdən lazımi şəkildə istifadə edirlər. Bu mövsüm Millətlər Liqasına yaxşı başlamadılar. Amma öz meydanlarında oynayarkən güclü olurlar. Keçən il İsveç yığmasına qalib gəlmişdilər. Çox təhlükəlidirlər. Ona görə də əlimizdən gələnin ən yaxşısını etməliyik ki, sabah Azərbaycandan qələbə ilə ayrılaq”.

Xatırladaq ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC