2 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanı Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında keçirilən Avropa çempionatında təmsil edən Ruslan Qədirov və Fərhad Şeydayev 1/4 finala yüksəlib.

Boks Federasiyasından Presssport.az-a verilən məlumata görə, 60 kq çəkidə mübarizə aparan Qədirov 1/8 finalda Stefan Samoviçi (Serbiya) 5:0 (29:27, 28*:28, 28*:28, 28*:28, 28*:28) hesabı ilə məğlub edib.

Onun bu mərhələdə rəqibi bolqarıstanlı Radoslav Rosenov olacaq.

Şeydayev (75 kq) də 1/8 final qarşılaşmasından üstün ayrılıb. Boksçumuz Çadi Baraiaya (Fransa) 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. 

Fərhad 1/4 final görüşündə Alan Perrie (Şotlandiya) ilə gücünü yoxlayacaq.

Hər iki idmançımız növbəti döyüşünü oktyabrın 16-da keçirəcək.

Onu da bildirək ki, Avropa çempionatına oktyabrın 20-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC