Millimizə qol vuran estoniyalı futbolçu çox xoşbəxtdi: "Ailəmlə birlikdə bunu çoxdandır gözləyirdik"

Estoniya millisinin futbolçusu İoan Yakovlev UEFA Millətlər Liqasının C1 qrupunun III turunda Azərbaycan yığması üzərində Tallində qazandıqları qələbəni (3:1), eləcə də bu görüşdə vurduğu qolu şərh edib.

Presssport.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan yarımmüdafiəçi çox xoşbəxt olduğunu söyləyib: "Bu, start heyətində ilk oyunum və ilk qolumdu. Ailəmlə birlikdə bunu çoxdandır gözləyirdik. Qələbə qazanmağımız çox yaxşıdı. Özümü çox xoşbəxt hiss edirəm".

Xatırladaq ki, Estoniya – Azərbaycan (3:1) görüşündə ilk qolu məhz Yakovlev vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC