Ermənistan millisi baş məşqçini qovdu

Ermənistan millisi baş məşqçisi Aleksandr Petrakov ilə yollarını ayırıb.

Presssport.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Petrakov artıq yığmanın baş məşqçisi deyil: “Mütəxəssis işdən çıxarılıb”.

Ermənilər ötən gün UEFA Millətlər Liqası matçında Şimali Makedoniyaya evdə uduzaraq (0:2) C Liqasının IV qrupunda 4 xalla 2-ci pillədə qərarlaşıb. 

Onu da bildirək ki, Petrakov 2023-cü ilin yanvarından millidə işləyirdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC