"Sumqayıt"ın legioneri 90 dəqiqə oynadı, millisi yenə eyni rəqibə uduzdu

"Sumqayıt"ın futbolçusu Tresor Mossinin şərəfini qoruduğu Burundi millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin L qrupunda növbəti oyununu Burkina-Faso yığması ilə keçirib.

Pressssport.az xəbər verir ki, Mossinin millisi görüşdə 0:2 hesabıyla uduzub.

Yarımmüdafiəçi bütün matçı meydanda keçirib.

Bu yerdə bildirək ki, milli komandalar arasında bir neçə gün əvvəl baş tutan əvvəlki oyunda da Burkina-Faso üstün olmuşdu - 4:1.

Burundi hazırda 3 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.bu

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC