Slovakiya yığmasının 4 futbolçusu "Tofiq Bəhramov"da meydana çıxmayacaq

Slovakiya millisinin 4 futbolçusu bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunun matçında meydana çıxmayacaq.

Presssport.az xəbər verir ki, bunlar müdafiəçilər Denis Vavro, Adam Obert, Timoti Qranika və yarımmüdafiəçi Matuş Berodu.

Vavro cəzalı olduğu üçün Bakıdakı görüşü buraxacaq. Digər üç oyunçu isə qonaqların italiyalı baş məşqçisi Françesko Kaltsonanın qərarı ilə "23-lüy"ə daxil edilməyib.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 20:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC