"Neftçi" Samir Abasovun təyinatını açıqladı - neçə illik müqavilə imzalanıb?

"Neftçi” Samir Abasovun təyinatını rəsmən açıqlayıb.

Presssport.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib: "Samir Abasov “Neftçi”nin yeni baş məşqçisidir. 46 yaşlı mütəxəssis bundan sonra “ağ-qaralar”ın uğurları üçün çalışacaq. Onunla bu gün 2 illik müqavilə imzalanıb. Buna qədər “Sumqayıt” klubunu çalışdıran Samir Abasov bu komandanı sonuncu mövsümdə UEFA Konfrans Liqasına çıxarmağı bacarıb.

Klubumuzla isə həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayan Abasov “Neftçi”yə 2020/2021-ci illər mövsümündəki sonuncu çempionluğu da qazandıran şəxsdir.

Evinizə xoş gəldin, Samir müəllim! "Neftçi" ailəsi üçün xeyirli olsun!".

Xatırladaq ki, Abasov 2020-ci ilin noyabrından 2002-ci ilin mayınadək “Neftçi”nin baş məşqçisi olub və 8 illik çempionluq həsrətinə son qoyub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC