Millimiz azlıqda qaldı, 2 top buraxaraq ardıcıl 4-cü məğlubiyyətini aldı

UEFA Millətlər Liqasında IV turun oyunları keçirilir.

Presssport.az xəbər verir ki, Azərbaycan millisi də bu gün növbəti matçına çıxıb.

Fernandu Santuşun komandası Bakıda Slovakiya ilə qarşılaşıb. 

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Hərçənd, hesabı bərabərləşdirə bilərək hətta irəli çıxmaq şanslarımız olduğu bir vaxtda Mahir Emrelinin qırmızı vərəqə alaraq azlıqad qoyması matçın qırılma nöqtəsi olub.

Beləliklə, qrupda keçirdiyi 4 oyunun hamısında məğlub olub. Slovakiya ilə sentyabrda səfərdə keçirilən matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan başqa, millimiz qrupda İsveçə və Estoniyaya da 1:3 hesabıyla uduzub. 

Qrupda xalı olmayan yeganə komanda olan millimiz növbəti matçını noyabrın 16-da evdə Estoniya yığmasına qarşı keçirəcək.

UEFA Millətlər Liqası
4-cü tur

C Liqası

I Qrup

20:00. Azərbaycan – Slovakiya - 1:3

Qollar:  Toral Bayramov, 37 - R.Məmmədov, 15-avtoqol, L.Haraslin, 75, D.Duris, 87

Qırmızı vərəqə: M.Emreli, 70 (2-ci sarı)

Baş hakim: Rohit Saggi

Baş hakimin köməkçiləri: Morten Jensen, Anders Olav Dale

Dördüncü hakim: Sigurd Kringstad

(Hakimlər briqadası Norveçdəndir)

VAR hakimləri: Jochem Kamphuis (Niderland), Tom Harald Hagen (Norveç)

Hakim-inspektor: Vadims Direktorenko (Latviya)

UEFA nümayəndəsi: Edlira Jaupaj Sherifaj (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan: 1. Mehdi Cənnətov, 21. Qismət Alıyev, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk,11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 18.Ceyhun Nuriyev,  10. Mahir Emreli

Ehtiyat oyunçular: 23. Rza Cəfərov, 12. Aydın Bayramov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Can Kökçü,7.Coşqun Diniyev,  8. Emin Mahmudov,  9. Renat Dadaşov, 14. Rüstəm Əhmədzadə, 16. Vadim Abdullayev,  19. Xəyal Nəcəfov, 22.Abbas Hüseynov

Baş məşqçi: Fernandu Santuş

Slovakiya: 1. Marek Rodak, 16. David Hanko, 14. Milan Şkrinyar (k),5. Lübomir Şatka, 2. Petar Pekarik,10. Lazslo Benes, 22. Stanislav Lobotka, 8. Ondrey Duda, 17. Lukaş Haraslin, 7. Tomaş Suslov, 15. David Streleç

Ehtiyat oyunçular:  Takac, Ravas, Bojenik, Tupta, Kozlovski, Sauer, Duriş,  Riqo, Herk, Tomik, Kozlovski, Dember

Baş məşqçi: Françesko Kaltsona

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC