Sumqayıt" - "Turan Tovuz" qarşılaşmasının biletləri artıq satışda

Misli Premyer Liqasının X turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Turan Tovuz" qarşılaşmasının biletləri artıq satışdadı.

Presssport.az xəbər verir ki, biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyundan 1 gün öncə saat 14:00-19:00 arası, oyun günü isə 12:00-dan etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündü.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdı.

iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək.

Xatırladaq ki, 20 oktyabr Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” - “Turan Tovuz” matçı saat 20:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC