Elvin Cəfərquliyevə İtaliya A Seriyası təmsilçisindən təklif var - "Qarabağ" qiymət qoyub

Elvin Cəfərquliyevin son vaxtlar həm "Qarabağ"ın, həm də milli komandanın heyətində sərgilədiyi oyun ona olan marağı artırıb. "Tottenhem"lə səfər matçından sonra Cəfərquliyevə görə "Qarabağ"ın "qapısını döyüblər". 

Presssport.az xəbər verir ki, təklif İtaliyadan gəlib. Klubun adını hələ ki dəqiqləşdirə bilməsək də, Elvin Cəfərquliyevi İtaliya A Seriyası təmsiçisinin heyətinə qatmaq istədiyinə dair məlumat almışıq. 

"Qarabağ" artıq Elvin Cəfərquliyevə qiymət də qoyub. Qarşı tərəf 3 milyon avro ödəcəyi halda bu transfer baş tuta bilər. Danışıqlar davam edir. Mövzunu diqqətdə saxlayacağıq və yeni məlumat əldə edən kimi detalları oxucularımızla da bölüşəcəyik (sportal.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC