“Sərhədçi”nin amerikalı basketbolçusu: “Qarşısıalınmaz olacağımıza əminəm”

“Qarşısıalınmaz olacağımıza əminəm”

Presssport.az xəbər verir ki, bu sözləri “Sərhədçi”nin amerikalı basketbolçusu Marselo Lotts klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandasının hazırlığından danışaraq məşqlərin çox yaxşı getdiyini deyib: "Birlikdə, komanda şəklində son həftələrdə sürətli irəliləyiş əldə etmişik. Məşqçilərimiz mövsümə yaxşı başlamaq üçün əllərindən gələni edir. Komanda olaraq yaxşı nəticə əldə edəcəyimizə ümidimiz böyükdü. Əminəm ki, komanda yoldaşlarımla birlikdə yaxşı işlər görəcəyik”.

Lotts ötən gün yoxlama oyununda “Abşeron” komandasına 82:71 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçından da söz açıb: "Matç bizim üçün yaxşı oldu. Qalib gələcəyimizi bilirdik. Bəzi şeyləri düzəltməli və daha çox mübarizə aparmalı idik. Onu da bacardıq. “Abşeron” yaxşı komandadı, biz daha yaxşı idik”.

ABŞ-dən olan basketbolçu Azərbaycan Basketbol Liqasının ilk turunda

“Sabah”a qarşı keçirəcəkləri oyuna da toxunub:

“Əminəm ki, “Sabah” da bizim güclü komanda olduğumuzu bilir. Bəlkə də ən çətin oyunumuz olacaq. Amma hər şeyə hazırıq. Mövsümə yaxşı start verəcəyimizi düşünürəm. Heç bir narahatlıq yoxdu".

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında 2024/25 mövsümünə oktyabrın 18-də start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC