"Artıq Azərbaycanda kanoe və avarçəkmə idman növünə gənclərin, yeniyetmələrin marağı artır”

“Artıq Azərbaycanda kanoe və avarçəkmə idman növünə gənclərin, yeniyetmələrin marağı artır”.

Presssport.az Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024”dən əvvəl çıxışında deyib.

O, Azərbaycanda idmana diqqət və qayğının olduğunu vurğulayıb: "Yarışların keçirilməsi dostluq ənənəsini xatırladır. Turnirin təşkilində əziyyəti olan hər kəsə təşəkkür edirəm. Bütün idmançılara uğurlar arzulayıram".

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev ümumi məlumat verdiyi turnirin əhəmiyyətindən danışıb,  

idmançılara uğurlar arzulayıb.

Xatırladaq ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reqatanın final yarışları və bağlanış mərasimi keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC