"İdmançılarımızdan yüksək əyarlı və daha çox medal gözləyirik” - AKAF rəsmisi

“Təmsilçilərimiz təlim-məşq toplanışlarında iştirak edib. Onlar fiziki və psixoloji cəhətdən turnirə tam hazırdı”.

Presssport.az-ın Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat katibi Vüsal Qurbanov "Mingəçevir reqatası-2024” beynəlxalq turniri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, yarışın nüfuzunun son illərdə artdığını söyləyib: “Beynəlxalq yarışları adətən yeniyetmə və gənclər arasında keçiririk. Bu da onların inkişafları üçün vacibdi. Reqatada güclü idmançılar çıxış edir. Rəqiblər də zəif deyil. Türkiyə, Gürcüstan, Moldova və başqa ölkələr mükafatlara iddialıdı. İdmançılarımızdan yüksək əyarlı və daha çox medal gözləyirik”.

Xatırladaq ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reqatanın final yarışları və bağlanış mərasimi keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC