AGİN-in "Sağlam həyat” layihəsi çərçivəsində Daşkəsəndə tədbiri olub

Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) tərəfindən bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi çərçivəsində səyyar idman avtomobili Daşkəsən şəhərində olub.

Nazirlikdən Presssport.az-a verilən məlumata görə, oktyabrın 15-də Daşkəsən şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan tədbirə qoşulan idman həvəskarları öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetirərək, fiziki bacarıqlarını sınayıb.

Qaliblər müvafiq sertifikatlarla təltif olunub.

Onu da bildirək ki, layihə çərçivəsində "Sağlam həyat" avtomobili ölkənin digər bölgələrinə də istiqamət alacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC