Azərbaycan "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində ilk qızıl medalı qazanıb

Azərbaycan "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində ilk qızıl medalı qazanıb.

Presssport.az-ın Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, Amil Ramazanovla reallaşıb.

Təmsilçimiz 2006-2007 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak üzrə mübarizəsində 1-ci olub.

Ramazanov məsafəni 2 dəqiqə, 4,88 saniyəyə qət edib.

Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütlüyü bürünc mükafat əldə edib.

Xatırladaq ki, "Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC