"Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin ilk yarış günü geridə qaldı

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkil etdiyi “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin ilk yarış günü geridə qalıb.

Pressaport.a xəbər verir ki, reqatanın startından əvvəl federasiyanın nümayəndə heyəti və rəsmi qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edib.

Daha sonra yarışlara start verilib. Turnirin birinci gününü Azərbaycan komandası 2 qızıl, 3 gümüş, 4 bürünc olmaqla ümumilikdə 9 medalla tamamlayıb.

Komandamıza ilk qızıl medalı bir nəfərlik kayak qayığında 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 500 metr məsafəyə yürüşdə Amil Ramazanov qazandırıb.

Əlimurad Hacızadə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında bir nəfərlik kayak qayığında həm 500, həm də 1000 metr məsafəyə yarışda gümüş medala layiq görülüb.

İki nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Niyaz Məlikov-Elvin Əliyev dueti 3-cü yeri tutub.

Bir nəfərlik kanoe qayığında 1000 metr məsafəyə yarışda 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Cavid Vəlizadə bürünc medal əldə edib.

Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqda 1500 metr məsafəyə 2006-2007-ci il təvəllüdlü avarçəkənlərin mübarizəsində idmançılarımız bir dəst medala sahib olub. Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev bürünc medal qazanıb.

Bir nəfərlik akademik avarçəkmədə 2010-2011-ci il təvəllüdlü idmançılar arasında 1000 metr məsafədə Məhəmməd Həsənov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Xatırladaq ki, 12 ölkədən 100-dək idmançının iştirak etdiyi “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin rəsmi açılış mərasimi Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar 17 oktyabrda ilk dəfə Füzulidə, Aşağı Köndələnçay su anbarında baş tutacaq. 18 oktyabr tarixində isə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində son final yarışları və bağlanış mərasimi keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC