Bu gün Füzulidə ilk dəfə akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq turnir keçiriləcək

İşğaldan azad olunmuş Füzulidə bu gün ilk dəfə akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq turnir keçiriləcək.

Presssport.az-ın Füzuliyə ezam olunmuş əməkdaşı xəbə verir ki, "Mingəçevir reqatası-2024”ün növbəti yarışları Aşağı Köndələnçay su anbarında keçiriləcək.

Turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıb.

Dünən Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən reqatanın ilk günündə Azərbaycan təmsilçiləri 9 medal (2 qızıl, 3 gümüş, 4 bürünc) əldə edib. Yarış oktyabrın 18-də Mingəçevirdə başa çatacaq.

Onu da bildirək ki, bu gün Füzulinin işğaldan azad olunmasından 4 il ötür. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC