Bağırovun futbolçuda ən çox xoşuna gəlmədiyi cəhət qorxaqlıdı: "Deməzdim ki, bizim uşaqlar "Qarabağ"dan qorxudlar, çəkindillər"

"Kəpəz" Misli Premyer Liqasının IX turunda Tovuz şəhər stadionunda "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə görüşlə bağlı düşüncələrini bölüşüb. 

- Oyunun gərgin olacağını bilirdik. İlk dəqiqələrdən istəyirdik ki, uşaqlar rəqibdən çəkinməsin. Birinci hissədə buna nail olurduq. Çatışmayan cəhətlərimizin üzərində işləyəcəyik. “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm və Avropa Liqasında uğurlar arzulayıram.

- "Neftçi" ilə oyundan sonra komandada ruh yüksəkliyi var idi. Bu məğlubiyyət mənfi təsir edə bilər?

- Elə deməzdim. Birinci hissədə komandam çox xoşuma gəldi. İkinci yarının əvvəlində bir epizodumuz oldu. Onu vura bilsəydik, hər şey başqa cür ola bilərdi. Oyundan-oyuna yaxşı oluruq. Hər oyundan-oyuna qazandıqlarımız var. Bu gün "Qarabağ"ın Avropa Liqasında oynayan heyətinə qarşı çıxış etdik. Rəqibin gücü bəllidir. Deməzdim ki, bizim uşaqlar çəkindilər, qorxdular. Futbolçuda ən xoşuma gəlməyən cəhət qorxaqlıqdır. Uşaqlar birinci hissədə istədiyim mübarizəni apardı.

- Luis Paçunun qaçırdığı epizod dönüş nöqtəsi oldu?

- İnanmıram. Bu, "Qarabağ"dı, bizi yenə təzyiqdə saxlayacaqdı. Bu gün "Qarabağ" hamıdan güclüdü, bir az da hakimlərin simpatiyası olanda hər şey başqa cür olur. Pananın başla vurduğu epizodda top qapı xəttini keçmişdi. Hakimlərdən şikayət etməyəcəm. Biz də bir az böyüməliyik.

- "Kəpəz"də legionerlərin sayı çoxdur. Olmaz ki, 3-4 yaxşı legioner gətirib, daha çox yerli futbolçulara şans verilsin?

- Sizinlə razıyam, bu gün 11-12 legionerdənsə, 4-5 yaxşı legioner olsa, yerli oyunçular da inkişaf edər. Həmişə azərbaycanlıların meydanda olmasının tərəfdarı olmuşam. Amma mən gələndən sonra 4 legioner gətirmişik. Onların hamısı meydanda bizə kömək edib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC