Elmar Baxşıyev layiqli qələbə qazandıqlarını hesab edir: "Sezar Meza Kollini hələ iyunda gətirmək istəyirdik, sadəcə..."

"Araz-Naxçıvan" Misli Premyer Liqasının X turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşma haqda danışıb.

- Billirdik ağır oyun olacaq. "Şamaxı" Premyer Liqada yeni olsa da, Ayxan Abbasov yaxşı, əzmkar komanda yaradıb. Komandam meydanda istədiyimi verməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq.

- Oyun tez-tez dayanırdı. Temp sizi qane etdi?

- Dinamika yaxşı idi. Hər iki komanda həm əzmkarlıq göstərirdi, həm də bir-birinə hötmət edirdi. Ümumilikdə hakimlik normal idi.

- Komandanızın müdafiədəki oyunundan razısınız?

- Müdafiə sırf müdafiəçilərdən ibarət deyil. Ümumi müdafiə planında bəzi epizodlarda boşluqlar veririk. Bu da normaldı.

- Sezar Meza Koli komandaya xeyir verəcək?

- Bəli, bizə xeyri dəyəcək. Meza Kolli yaxşı keyfiyyətlərə malik futbolçudu. Onu hələ iyunda gətirmək istəyirdik. Sadəcə, belə alındı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC